AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Bədii tərtibat işlərinin satın alınması
2020-09-25 16:17:00

AZƏRBAYCAN  RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTU AÇIQ TENDER ELAN EDİR

BƏDİİ TƏRTİBAT İŞLƏRİNİN SATIN ALINMASI

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və Bədii tərtibat işlərinin satın alınması üçün açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 300 (üç yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

VÖEN - 1005379691

Kapital Bank ASC Mərkəz filialı

VÖEN - 9900003611

H/H - AZ71AIIB38090019440419396102

M/H - AZ37NABZ01350100000000001944

Kod - 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (təkliflərin açıldığı tarixdən sonra  azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin ümumi qiymətinin 1% -i məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiqi);
  • son 3 ildə (2018-2020-ci illər) bədii tərtibat işləri sahəsində uğurla yerinə yetirlmiş və ya davam edən müqavilələrinin sayı 6 və daha çox (müqavilələr yüklənməlidir);
  • təcrübəli işçi heyəti, istehsal sahəsi və anbarın mövcudluğu barədə məlumat.

            Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

            İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 20 oktyabr 2020-ci il, 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatını 28 oktyabr 2020-ci il, 15:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 oktyabr 2020-ci il, 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır