AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Dövri jurnalın və konsaltinq kataloqunun nəşri xidmətlərinin satın alınması
17-09-2021 15:22

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Qida təhlükəsizliyi üzrə dövri jurnalın və konsaltinq kataloqunun nəşri xidmətlərinin satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

İddiaçılar kotirovka sorğusunda iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- qiymət kotirovkası (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddaiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son 2 ildə analoji xidmətlərin göstərilməsi sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrinin sayı 1 və daha çox olmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

QEYD: Satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin (Bakı şəhəri, S. S. Axundov 73C. Tel: (+994 12) 377 00 20 (daxili 524) Məsul şəxs: Satınalma və təchizat departamentinin mütəxəssisi Samirə Məmmədova) ünvanına 01 oktyabr 2021-ci il saat 15:00-a qədər təqdim olunmalıdır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır