AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
İş yerlərinin attestasiyası xidmətlərinin satın alınması
25-05-2021 17:53

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs

İş yerlərinin attestasiyası xidmətlərinin satın alınması üçün KOTİROVKA SORĞUSU elan edir.

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər:

- Nizamnamənin surəti

- Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

- Kommersiya hüquqi şəxsin rekvizitləri

- AZS İSO/İEC 17025 standartının tələblərinə uyğunluq barədə attestat

- Anoloji xidmətlərinin göstərilməsi sahəsində fəaliyyəti barədə məlumat

QEYD: Satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər qapalı zərfdə, imzalanıb və möhürlənərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 73C nömrəli ünvana 31 may 2021-ci il saat 15:00-dək təqdim olunmalıdır.

Maraqlanan təşkilatlar (012) 3770020 (daxili 504) nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır