Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin mövcud olub-olmamasını müəyyən edir;
- Aşkarlanmış zərərli orqanizmlərin diaqnostikası üçün entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizaların həyata keçirilməsində iştirak edir;
- Laboratoriya tədqiqatları üzrə sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli hazırlanmasını təmin edir;
- Görülmüş işlər barədə aylıq hesabatları hazırlayır;
- Qanunvericilik aktlarında nəzərdə tutulan digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Fitosanitar laborator diaqnostika sahəsində baza biliklərə malik olmalı;
- Bitki karantini və Fitosanitar nəzarəti sahəsindəki qanunları, fərmanları və qərarları bilməli;
- Müayinələrin həyata keçirilməsini və müayinə nətiəcələrinin sənədləşdirilməsini bilməli;
- Müayinələr zamanı cihaz və avadanlıqlardan istifadə qaydalarını, onlara minimum texniki qulluq tələblərini bilməli;
Ali təhsil tələbi:
- Bakalavriat səviyyəsi – Bioloq, bitki mühafizəsi, aqronomluq. Magistratura səviyyəsi arzuolunandır.
- Xaricdə təhsil almış və ya təcrübə keçmiş şəxslərə üstünlük verilir.
Təcrübəyə dair tələb:
- Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;
Şərtlər:
- İş qrafiki: Tam iş günü
Üstünlüklər:
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ fitosanitariya mütəxəssisi” yazaraq 01.02.2021 tarixinə qədər hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır. Suallarla bağlı +99412 377-00-20 (daxili 530, Kadrlar şöbəsi) əlaqə saxlaya bilərsiniz.
Son müraciət tarixi 01-02-2021 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə mikrobiologiya ixtisası üzrə namizədlərlə müsahibə elan edilir.
Namizədlərdən tələb olunan bilik və bacarıqlar:
- Biologiya və ya tibbi biologiya ixtisası üzrə ali təhsil (magistratura səviyyəsi arzuolunandır)
- Azərbaycan dilini səlis bilməlidir (rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək)
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi zəruridir (sertifikatları olanlara üstünlük veriləcək)
- Korporativ ünsiyyət bacarığı olmalıdır
Namizədin vəzifə öhdəlikləri:
- Laboratoriyada təhlükəsizlik qaydalarını bilmək və tətbiqini təmin etmək
- Sınaqları aparmaq, nəticələrin vaxtında qeydiyyatını və təqdim olunmasını təmin etmək
- Bakteriya və mikroorqanizm kulturalarını izolyasiya etmək və nəticəni düzgün qiymətləndirmək
- Cihaz və ya avadanlıqlarda işləmə bacarığına malik olmaq və aralıq yoxlamaların aparılmasını təmin etmək
- Qida mühitləri və reagentləri hazırlamaq
- Sınaq nəticələrinin etibarlılığını təmin etmək məqsədilə reagentlərin, qida mühitlərinin, nəzarət ştammalarının düzgün saxlanmasını təmin etmək
- Sınaq üçün tələb olunan materialların siyahısını hazırlamaq
- Ətraf mühitin şəraitinə uyğun tələblərin qarşılanmasını təmin etmək
- Laborant və sanitarların fəaliyyətinə nəzarət etmək
- İşlədiyi sahə üzrə Standart Əməliyyat Prosedurlarını hazırlamaq və onların icrasını təmin etmək
Üstünlüklər:
- Uyğun gələn, lakin iş təcrübəsi olmayan namizədlərin aidiyyəti təlimlərə cəlb edilərək qiymətləndirildikdən sonra işə qəbul olunması imkanları
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlıq təlimlərinə cəlb olunması imkanları
- Yerinə yetirilən işin həcmi və keyfiyyətinə uyğun olaraq mükafat sisteminin tətbiqi imkanları
Namizədlər mövzu yerində “AQTİ - (aidiyyəti ixtisası)” yazaraq anket formasını 27.07.2020-ci il tarixinədək hr.aqti@afsa.gov.az ünvanına göndərməlidirlər.
Tələblərə cavab verən namizədlər CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar.
Suallarla bağlı müraciət üçün əlaqə nömrələri: +99412 377-00-20 (530, 531, 532) / İnsan resursları və sənədlərlə iş şöbəsi
Son müraciət tarixi 27-07-2020 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tələb olunan sənədlərin və tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi və təlimlərin keçirilməsi, layihələndirmə-dizayn və konsaltinq işlərinin aparılması məqsədilə müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Qeyd edilən məsələlərlə bağlı qida mühəndisi, həkim-gigiyenist, baytar həkim, fitosanitar və memar ixtisası olan namizədlər müraciət edə bilərlər. Namizədlər mövzu yerində mütəxəssisi olduğu sahənin adını qeyd etməklə anket formasını 25.07.2020-ci il tarixinədək food.export@afsa.gov.az ünvanına göndərməlidirlər.
Namizədlərdən tələb olunan bilik və bacarıqlar:
- Qida məhsullarının istehsalı texnologiyası, daşınması, qəbulu, saxlanması, emalı və qablaşdırma qaydasını
- Qida məhsulları ilə birbaşa təmasda olan müxtəlif tipli materiallara olan tələblər və onlardan düzgün istifadə qaydalarını
- Qida məhsulları üçün etiket məlumatlarının tərtibi qaydalarını
- İstehsal sahəsində istifadə olunan avadanlıq və ləvazimatların təsnifatı və təyinatını
- İstehsalda istifadə olunan kimyəvi təmizlik maddələrinin təsnifat və istifadə qaydalarını
- Dövlət standartları, İSO, HACCP qaydalarını
- GMP (Good Manufacturing Practices - yaxşı istehsalat təcrübəsi) və GHP (Good Hygiene Practices - yaxşı gigiyena təcrübəsi) proqramlarını
- HACCP sistemi (Hazard Analysis and Critical Control Point
- Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) çərçivəsində istehsal müəssisələrində tətbiq olunan qida təhlükəsizliyi sistemi sənədlərinin hazırlanması və idarə olunması qaydalarını
- İstehsal sahələri və ictimai iaşə müəssisələrində sanitariya və gigiyena qaydalarının nəzəri və praktiki tətbiqi üsullarını
Həkim-gigiyenist aşağıdakıları bilməlidir:
- Sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya-gigiyenik və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili və aparılmasına nəzarəti həyata keçirmə qaydalarını
- Qida təhlükəsizliyi sahəsində bina və tikililərin tikintisi üçün torpaq sahələrinin seçilməsi və ayrılması, tikinti layihələrinin sanitariya-epidemioloji ekspertizası, tikintisi başa çatmış obyektlərin istismara verilməsi qaydalarını
- Qida mənşəli xəstəliklərin və qida zəhərlənmələrinin yaranmasına səbəb olan mikroorqanizmlər haqqında məlumatlı olmaqla, əhali arasında qida zəhərlənmələrinin baş verməsi, yayılmasının səbəbləri və şəraitini müəyyən etmək, qida zəhərlənməsi hallarının təhqiqatını aparmaq qaydalarını
- Qida məhsullarının sanitariya-epidemioloji ekspertizası, sanitariya-gigiyenik araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də tibbi-profilaktik (dezinfeksiya, dezinseksiya, deratizasiya), toksikoloji, gigiyenik və digər qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi qaydalarını
- Qida təhlükəsizliyi sahəsində tərtib edilən sənədlərin sanitariya-epidemioloji nöqteyi-nəzərdən araşdırılması, qiymətləndirilməsi, vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi qaydalarını
Baytarlıq üzrə mütəxəssis aşağıdakıları bilməlidir:
- Baytarlıq ləvazimatını və baytarlıq apteklərində dərmanların gigiyenik qaydalara uyğun saxlanması qaydalarını
- Heyvandarlıq binalarının dezinfeksiya edilməsi, xəstə heyvanların izolyatorlarda müalicəsi, ölmüş heyvanlar üçün “yarma protokolunu”n tərtib edilməsi və utilizasiyası qaydalarını
- Yoluxucu xəstəliklərin müəyyən edilməsi və qarşısını almaq üçün lazımi profilaktiki tədbirlərin həyata keçirilməsi qaydalarını
- Baytarlıq-sanitariya və müalicə-profilaktika işlərinin baytarlıq nizamnamələri və müvafiq təlimatlar əsasında aparılma qaydalarını
- Heyvandarlıq sahəsində bina və tikililərin ayrılması, inşa üçün torpaq sahələrinin seçilməsi, heyvandarlıq müəssisələrinin istismara verilməsi qaydalarını
- Təsərrüfatda heyvandarlıq məhsullarının saxlanmasına və diri heyvanların satışına nəzarətin aparılması qaydalarını
- Balıq yetişdirmə nohurlarında və arıxanalarda baytarlıq-sanitariya qaydalarını
- Balıq və arı xəstəliklərinə qarşı aparılan müalicə tədbirlərini
Fitosanitariya üzrə mütəxəssis aşağıdakıları bilməlidir:
- Karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkili və həyata keçirilməsi qaydalarını
- Bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar normalara əməl edilməsi qaydalarını
- Fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsi, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılması, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi qaydalarını
- Pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi qaydalarını
- Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması və kartoqramların hazırlanması qaydalarını
- Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılması qaydalarını
- Zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvi gübrələrin saxlanması və sahələrə verilməsi qaydalarını
- Bitkiçilik sahəsində əməyin təhlükəsizliyi və texnikanın təhlükəsiz istismarı, ekoloji mühitin qorunması qaydalarını
Memar aşağıdakıları bilməlidir:
- Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida təhlükəsizliyinə dair standartların tələblərini və konsaltinq xidmətlərinin göstərilməsinə dair məlumatları
- Qida məhsulları sahəsində fəaliyyət göstərən müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun dizaynı və layihələndirilməsini
- Qida təminatı müəssisələrinin texnoloji axın ardıcıllığı prinsiplərinə uyğun əsas və yardımçı sahələrinin bölgüsü ilə bağlı işin təşkil olunması qaydalarını
- Müəssisələrin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlı məsləhətlərin verilməsi sahəsində təcrübəni
- Müəssisələrin texnoloji layihələndirilməsi mərhələlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə məlumatı
Son müraciət tarixi 25-07-2020 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tələb olunan sənədlərin və tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi və təlimlərin keçirilməsi, layihələndirmə-dizayn və konsaltinq işlərinin aparılması məqsədilə müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Qeyd edilən məsələlərlə bağlı qida mühəndisi, həkim-gigiyenist, baytar həkim, fitosanitar və memar ixtisası olan namizədlər müraciət edə bilərlər. Namizədlər mövzu yerində mütəxəssisi olduğu sahənin adını qeyd etməklə anket formasını 10.07.2020-ci il tarixinədək food.export@afsa.gov.az ünvanına göndərməlidirlər.
Namizədlərdən tələb olunan bilik və bacarıqlar
Qida mühəndisi aşağıdakıları bilməlidir:
- Qida məhsullarının istehsalı texnologiyası, daşınması, qəbulu, saxlanması, emalı və qablaşdırma qaydasını
- Qida məhsulları ilə birbaşa təmasda olan müxtəlif tipli materiallara olan tələblər və onlardan düzgün istifadə qaydalarını
- Qida məhsulları üçün etiket məlumatlarının tərtibi qaydalarını
- İstehsal sahəsində istifadə olunan avadanlıq və ləvazimatların təsnifatı və təyinatını
- İstehsalda istifadə olunan kimyəvi təmizlik maddələrinin təsnifat və istifadə qaydalarını
- Dövlət standartları, İSO, HACCP qaydalarını
- GMP (Good Manufacturing Practices - yaxşı istehsalat təcrübəsi) və GHP (Good Hygiene Practices - yaxşı gigiyena təcrübəsi) proqramlarını
- HACCP sistemi (Hazard Analysis and Critical Control Point
- Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) çərçivəsində istehsal müəssisələrində tətbiq olunan qida təhlükəsizliyi sistemi sənədlərinin hazırlanması və idarə olunması qaydalarını
- İstehsal sahələri və ictimai iaşə müəssisələrində sanitariya və gigiyena qaydalarının nəzəri və praktiki tətbiqi üsullarını
Həkim-gigiyenist aşağıdakıları bilməlidir:
- Sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya-gigiyenik və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili və aparılmasına nəzarəti həyata keçirmə qaydalarını
- Qida təhlükəsizliyi sahəsində bina və tikililərin tikintisi üçün torpaq sahələrinin seçilməsi və ayrılması, tikinti layihələrinin sanitariya-epidemioloji ekspertizası, tikintisi başa çatmış obyektlərin istismara verilməsi qaydalarını
- Qida mənşəli xəstəliklərin və qida zəhərlənmələrinin yaranmasına səbəb olan mikroorqanizmlər haqqında məlumatlı olmaqla, əhali arasında qida zəhərlənmələrinin baş verməsi, yayılmasının səbəbləri və şəraitini müəyyən etmək, qida zəhərlənməsi hallarının təhqiqatını aparmaq qaydalarını
- Qida məhsullarının sanitariya-epidemioloji ekspertizası, sanitariya-gigiyenik araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də tibbi-profilaktik (dezinfeksiya, dezinseksiya, deratizasiya), toksikoloji, gigiyenik və digər qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi qaydalarını
- Qida təhlükəsizliyi sahəsində tərtib edilən sənədlərin sanitariya-epidemioloji nöqteyi-nəzərdən araşdırılması, qiymətləndirilməsi, vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi qaydalarını
Baytarlıq üzrə mütəxəssis aşağıdakıları bilməlidir:
- Baytarlıq ləvazimatını və baytarlıq apteklərində dərmanların gigiyenik qaydalara uyğun saxlanması qaydalarını
- Heyvandarlıq binalarının dezinfeksiya edilməsi, xəstə heyvanların izolyatorlarda müalicəsi, ölmüş heyvanlar üçün “yarma protokolunu”n tərtib edilməsi və utilizasiyası qaydalarını
- Yoluxucu xəstəliklərin müəyyən edilməsi və qarşısını almaq üçün lazımi profilaktiki tədbirlərin həyata keçirilməsi qaydalarını
- Baytarlıq-sanitariya və müalicə-profilaktika işlərinin baytarlıq nizamnamələri və müvafiq təlimatlar əsasında aparılma qaydalarını
- Heyvandarlıq sahəsində bina və tikililərin ayrılması, inşa üçün torpaq sahələrinin seçilməsi, heyvandarlıq müəssisələrinin istismara verilməsi qaydalarını
- Təsərrüfatda heyvandarlıq məhsullarının saxlanmasına və diri heyvanların satışına nəzarətin aparılması qaydalarını
- Balıq yetişdirmə nohurlarında və arıxanalarda baytarlıq-sanitariya qaydalarını
- Balıq və arı xəstəliklərinə qarşı aparılan müalicə tədbirlərini
Fitosanitariya üzrə mütəxəssis aşağıdakıları bilməlidir:
- Karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkili və həyata keçirilməsi qaydalarını
- Bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar normalara əməl edilməsi qaydalarını
- Fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsi, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılması, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi qaydalarını
- Pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi qaydalarını
- Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması və kartoqramların hazırlanması qaydalarını
- Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılması qaydalarını
- Zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvi gübrələrin saxlanması və sahələrə verilməsi qaydalarını
- Bitkiçilik sahəsində əməyin təhlükəsizliyi və texnikanın təhlükəsiz istismarı, ekoloji mühitin qorunması qaydalarını
Memar aşağıdakıları bilməlidir:
- Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida təhlükəsizliyinə dair standartların tələblərini və konsaltinq xidmətlərinin göstərilməsinə dair məlumatları
- Qida məhsulları sahəsində fəaliyyət göstərən müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun dizaynı və layihələndirilməsini
- Qida təminatı müəssisələrinin texnoloji axın ardıcıllığı prinsiplərinə uyğun əsas və yardımçı sahələrinin bölgüsü ilə bağlı işin təşkil olunması qaydalarını
- Müəssisələrin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlı məsləhətlərin verilməsi sahəsində təcrübəni
- Müəssisələrin texnoloji layihələndirilməsi mərhələlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə məlumatı
Son müraciət tarixi 10-07-2020 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı (resepşn) vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi
- Gələn qonaqların qarşılanması və yola salınması
- Daxil olan korrespondensiyanın qəbul edilməsi
- Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək
- Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq
Namizədə tələblər:
- Yaş həddi: 35 yaşadək
- Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.)
- Ünsiyyətcil və komanda ruhlu
- Detallara diqqətlilik, səliqə və peşəkarlıq
- Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı
- Ali təhsilli
- Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi
- Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır)
Şərtlər:
- Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi - cümə - həftənin 5 günü
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2020 tarixinə qədər hr.aqti@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi 30-01-2020 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna BİZNESİN İNKİŞAFI üzrə rəhbər vəzifələrə təcrübəli işçilər axtarılır.
Vəzifə və öhdəliklər:
- Fəaliyyət göstərdiyi sahədə səlahiyyətləri çərçivəsində İnstitutu təmsil edir;
- Biznesin inkişafı təşəbbüslərinin stimullaşdırılması ilə bağlı tədbirlər həyata keçirir;
- Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı İnstitut tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparır;
- Çalışdığı sahə üzrə əmək funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirir;
- Kiçik və orta biznesin inkişafı ilə bağlı təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;
- Sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərir;
- Sahibkarlıq sahəsində maarifləndirilmə məqsədilə sağlam milli təhsil profilinin təşviqi üçün tədbirlər görür;
- Sahibkarları təmsil edən qurumlar və biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, sahibkarların hüquqlarının qorunması və onların inkişafı istiqamətində birgə tədbirlər həyata keçirir;
- Sahibkarlar arasında klasterləşmə və partnyorluq yanaşmasının formalaşması və onların buna marağının artırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək üçün təkliflər verir;
- Yerli və xarici biznes subyektlərinin iştirakı ilə keçirilən müvafiq təşviqedici kampaniyalar (sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznes ideyalarının formalaşdırılması, biznesin təşkili və inkişafı istiqamətlərində təlim proqramları və s.) barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandırır, onların bu kampaniyalarda iştirakını stimullaşdırır və əməkdaşlığı təmin edir.
Namizədə dair tələblər:
- “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu bilməli;
- Sahibkarlığa dövlət dəstəyi və təşviq mexanizmləri haqqında məlumatlı olmalı;
- İnzibati ərazi vahidlərinin iqtisadi potensialları barədə məlumatlı olmalıdır.
Ali təhsil tələbi:
- Bakalavriat səviyyəsi - iqtisadiyyat, idarəetmə və ya hüquq. Magistratura səviyyəsi arzuolunandır. Xaricdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.
Təcrübəyə dair tələblər:
- Mütəxəssis vəzifələrində 4 illik iş təcrübəsi və ya aidiyyəti sahə üzrə rəhbər vəzifələrdə 3 illik iş stajı;
- Azərbaycan və ingilis dilini səlis bilməli (Rus dili və digər dil bilikləri arzuolunandır);
- İT biliklərinə dair tələb: kompüterdən, Excel və Word proqramlarından istifadəçi səviyyəsində biliklər.
Şərtlər:
- Tam iş günü, iş qrafiki I-V günlər.
- Əməkhaqqı yüksəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ HR” yazaraq 25.05.2019-cu il tarixədək hr.aqti@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi 25-05-2019 00:00