AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Lənkəran Regional Sınaq Laboratoriyası
21-01-2020 10:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) üç istiqamətdə fəaliyyət göstərir. Bu laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda  heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir.

LRSL müasir standartlara cavab verən maddi-texniki baza ilə təmin edilib. Laboratoriyanın personalı səriştəlilik bacarıqlarının artırılması məqsədi ilə mütəmadi olaraq, ölkə daxilində və xaricdə keçirilən təlimlərdə iştirak edir. LRSL-də beynəlxalq və laboratoriyalararası qarşılaşdırma  testləri aparılır və uğurlu nəticələr əldə edilir.

Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. Həmçinin attestata əlavə edilən akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərmək hüququna malikdir. LRSL-də akkreditasiyadan keçən müayinə metodlarının sayı getdikcə artırılır.

Laboratoriyada qida məhsullarında mikrobioloji müayinələr ən son beynəlxalq metodlarla həyata keçirilir. Bu müayinələrə Salmonella, Enterobakteriya, E.coli, Kaliform bakteriyalarının təyini, Kif və maya göbələklərinin və MAFAnM-in  təyini daxildir. LRSL-də qida məhsullarının keyfiyyət göstəriciləri müayinələri də yüksək peşəkarlıqla ən son beynəlxalq metodlar əsasında aparılır. Bu müayinələrə region üçün spesifik və qeyri-spesifik qida məhsullarından hesab olunan sitrus meyvələri, çay, düyü, bal, süd və süd məhsulları, balıq və balıq məhsulları, ət və ət məhsulları və digər məhsulların keyfiyyət göstəriciləri hesab olunan orqanoleptika, duzluluq, turşuluq, küllülük, nəmlik, ekstraktiv maddələrin kütlə payı, təzəlik, diastaza ədədinin təyini, nitratın kütlə payı, quru maddə miqdarı, pH-ın təyini, yağın kütlə payı və digərləri daxildir.

Laboratoriyada idxal, ixrac, daxili daşınma və monitorinq təyinatlı bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən həşəratların, zərərvericilərin və göbələk xəstəliklərinin karantin-ekspertizası, molekulyar bioloji müayinələr beynəlxalq metodlarla, eləcə də ən son tələblərə cavab verən cihaz və avadanlıqlarla həyata keçirilir. Regionda ilk dəfə bu tip müayinələrin aparılması idxal-ixrac əməliyyatlarının sürətlənməsinə şərait yaradır. Laboratoriyada bitki sağlamlığı ilə bağlı müayinələr aparmaq üçün Virusologiya (molekulyar biologiya) bölməsi də yaradılıb. Müasir cihazlarla təchiz olunmuş bölmədə Polimeraz Zəncir Reaksiyası (PZR) metodu ilə bitkiçilik məhsullarında  virusların və bakteriyaların molekulyar bioloji üsulla təyini üzrə müayinələrin aparılmasına başlanıb. Bununla da, Lənkəranda ölkədən ixrac edilən və respublikaya gətirilən bitkiçilik məhsulları nümunələrinin analizlərinin həyata keçirilməsi və nəticələrin təqdim olunması prosesi təşkil edilib.

LRSL-də heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası yüksək peşəkarlıqla aparılır. Heyvan sağlamlığı ilə bağlı serologiya bölməsində KBR, AR, RBS, SHR reaksiyaları ilə bruselyozun, ELISA müayinə metodu ilə xlamidiozun, viruslu diareyanın, xırdabuynuzlu heyvanların taun xəstəliyinin və çiçək xəstəliyinin diaqnostikası həyata keçirilir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır