AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Xaçmaz Regional Sınaq Laboratoriyası
21-01-2020 10:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyasında bitki və bitkiçilik məhsullarında EPPO (Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı) beynəlxalq sınaq metodikasına uyğun olaraq entomoloji, mikoloji, herboloji, fitohelmintoloji sınaqlar aparılır. Entomoloji ekspertiza zamanı bitki və bitkiçilik məhsullarında, eləcə də digər karantin nəzarətində olan məhsullarda zərərverici həşərat və gənələrin, herboloji ekspertiza zamanı alaq otları və toxumların, mikoloji ekspertiza zamanı fitopatogen göbələklərin, fitohelmintoloji ekspertiza zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, həmçinin zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin  olunması  həyata keçirilir.

Laboratoriya həyata keçirilən müayinələrin effektivliyinin yoxlanılması məqsədi ilə laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Xaçmaz Regional Sınaq Laboratoriyası AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiya olunub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır