- Qənnadı məmulatlarından istifadə zamanı nələrə diqqət olunmalıdır?
- Qənnadı məmulatlarından istifadə zamanı nələrə diqqət olunmalıdır?
- Çərəzlərin faydası və istehlak qaydaları
- Çərəzlərin faydası və istehlak qaydaları
- Novruz təamlarından istifadə edərkən nələrə diqqət yetirməliyik?
- Novruz təamlarından istifadə edərkən nələrə diqqət yetirməliyik?
- Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları
- Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları
- Şəkər qəbulunun azaldılmasının orqanizm üçün hansı faydaları var?
- Şəkər qəbulunun azaldılmasının orqanizm üçün hansı faydaları var?
- Məktəbəqədər yaşlı uşaqların qidalanması necə təşkil olunmalıdır?
- Məktəbəqədər yaşlı uşaqların qidalanması necə təşkil olunmalıdır?
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sosial şəbəkə vasitəsilə istifadəçilər arasında sorğu keçirib. Sorğunun keçirilməsində məqsəd istehlakçıların qida obyektlərində xidmət göstərən işçi heyətin tibbi müayinədən keçib-keçməməsi ilə maraqlanıb-maraqlanmadığını öyrənməkdən ibarətdir.
Mövzu ilə bağlı İnstitutun rəsmi sosial şəbəkə hesablarında keçirilən sorğuda, ümumilikdə, 271 istifadəçi iştirak edib. Sorğuya qatılanların 162-si (59%) qida obyektlərində xidmət göstərən işçi heyətin tibbi müayinədən keçib-keçməməsi ilə maraqlandığını, 109-u (41%) isə maraqlanmadığını bildirib.
Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müəyyən edilmiş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.
Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Həmçinin qida subyektlərinin qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri ilə məşğul olan əməkdaşları fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər.