- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Türkiyə Respublikasının Ankara şəhərində təlim səfərində olublar.
Səfər Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya Ofisi tərəfindən həyata keçirilən "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və Davamlı Üzvi Çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi" layihəsi çərçivəsində reallaşdırılıb və Türkiyənin bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinə dair qanunvericiliyi ilə tanış olmaq məqsədi daşıyıb.
Təlim səfəri çərçivəsində AQTA və AQTİ-nin əməkdaşları Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və nəzarət baş idarəsi ilə Bitki mənşəli istehsal baş idarəsinin iş fəaliyyəti ilə tanış olublar. Həmçinin Ankara Mərkəzi Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda və Milli Referans Qida Laboratoriyasında olublar.
Səfər zamanı keçirilən görüşlərdə Türkiyənin aidiyyəti qurumlarının nümayəndələri bu ölkənin bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinə dair qanunvericiliyinin Avropa İttifaqının müvafiq qanunvericiliyinə uyğunlaşdırıldığını bildiriblər və ölkələrimiz arasında bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda onlar təcrübələrini bölüşməyə və bu işə dəstək verməyə hazır olduqlarını vurğulayıblar. Görüşlər zamanı hazırda Türkiyədə uğurla həyata keçirilən və bir çox Avropa ölkəsində mövcud olmayan, pestisidlərin və aqrokimyəvi maddələrin izlənilmə sisteminin ölkəmizdə tətbiq edilməsi ilə bağlı müzakirələr də aparılıb. Müzakirələr zamanı "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və Davamlı Üzvi Çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi" layihəsi çərçivəsində FAO-nun dəstəyi və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə bu istiqamətdə Azərbaycanda pilot layihənin həyata keçirilməsinin mümkün olduğu qeyd edilib.