- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti ilə görüş keçirilib.
Qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədi daşıyan görüşdə nümayəndə heyətinin üzvlərinə AQTİ-nin fəaliyyət istiqamətləri, o cümlədən qida təhlükəsizliyi sahəsində tətbiq edilən yeniliklər, həyata keçirilən elmi-praktiki araşdırma və tədqiqat işləri, laboratoriya sisteminin inkişafı və s. haqda ətraflı məlumat verilib. Həmçinin qonaqlar AQTİ-nin nəzdində fəaliyyət göstərən müasir infrastruktura və maddi-texniki bazaya malik laboratoriyaların iş prinsipi ilə də yaxından tanış olublar.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğu, qarşıdakı dövrdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılıb, qarşılıqlı fəal təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb.