- AQTİ işə qəbul elan edir
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- Qubada sahibkar və fermerlər üçün təlim keçirilib
- Qubada sahibkar və fermerlər üçün təlim keçirilib
- AQTİ vakansiya elan edir
- 27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
- 27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
- AQTİ-nin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
İtaliya Respublikasının Roma şəhərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndə heyəti ilə İtaliya Milli Sağlamlıq İnstitutunun (ISS) əməkdaşları arasında görüş keçirilib.
Görüşdə hər iki qurumun fəaliyyət istiqamətləri üzrə geniş təqdimatlar nümayiş olunub. Bundan əlavə, tərəflər arasında əməkdaşlıq sahələri, təcrübə mübadiləsinin aparılması, hər iki ölkənin Milli Referens laboratoriyaları arasında qarşılıqlı əlaqələrin qurulması ilə bağlı müzakirələr olunub. Eyni zamanda beynəlxalq səviyyədə qarşılaşdırma sınaqlarının təşkili və kadr potensialının gücləndirilməsi üçün qarşlıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
İkitərəfli görüşün nəticəsi olaraq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə İtaliya Respublikasının Milli Sağlamlıq İnstitutu arasında birgə fəaliyyət üzrə memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub.