- AQTİ peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verib
- AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir
- AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
- AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
- “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçirilib
- “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçirilib
- AQTİ işə qəbul elan edir
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- Qubada sahibkar və fermerlər üçün təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiya Federasiyasının Heyvanlar üçün Dərman Preparatlarının və Yemlərin Keyfiyyəti və Standartlaşdırılması üzrə Ümumrusiya Dövlət Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, iki qurum arasında baytarlıq və heyvan sağlamlığı sahəsində prioritet istiqamətlər üzrə elmi araşdırmaların, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Memorandumun əsas məqsədi zoonoz xəstəliklərin başvermə, yayılma səbəblərinin və şəraitinin aydınlaşdırılması, bu xəstəliklərin qarşısının alınması və ləğvi istiqamətində, baytarlıq təyinatlı preparatların düzgün tətbiqi, eləcə də əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələri üzrə mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və qarşılıqlı maraq kəsb edən digər problemlərin araşdırılmasından ibarətdir. Bundan başqa, heyvan mənşəli qida məhsullarının keyfiyyət və təhlükəsizliyi üzrə müasir laborator müayinə metodlarına dair həm nəzəri, həm də təcrübi məlumatların mübadiləsi də planlaşdırılır.