- AQTİ-nin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
İnstitutun Abşeron Regional Sınaq Laboratoriyasının növbəti dəfə beynəlxalq akkreditasiyasına hazırlıq işləri görülür. Laboratoriyanın akkreditasiyasına hazırlıq və son görülən işlərlə bağlı idarəetmə sisteminə baxış keçirilib.
Baxış zamanı əsasən laboratoriyanın audit hesabatları, mümkün ola biləcək riskləri, İSO 17025 standartının tələblərinə uyğunluğu müzakirə edilib.
Abşeron Regional Sınaq Laboratoriyasının 2021-ci ilin birinci yarısında ölkənin əsas ixrac məhsulları üzrə Latviyanın akkreditasiya qurumu LATAK tərəfindən akkreditasiya olunması nəzərdə tutulur.
Qeyd edək ki, akkreditasiya sahəsinə- şərablarda, meyvə-tərəvəzdə, ət və ət məhsullarında təhlükəsizlik göstəriciləri üzrə müayinələr daxildir.