AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri tərəfindən ASK üzvləri üçün təlim keçiriləcək
01-12-2022 12:03

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində ASK üzvləri üçün onlayn formatda təşkil olunan silsilə təlimlər davam etdirilir.

Əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ASK üzvlərinə “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti vebinar keçiriləcək. Vebinarın 6 dekabr 2022-ci il tarixdə saat 11:00-da başlanması nəzərdə tutulub.

Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Mütəllim Abdullazadə təlimçi qismində çıxış edəcək. İştirak üçün qeydiyyatdan keçmək və ad, soyad, təmsil edilən qurum, icra edilən vəzifə, e-mail ünvanı və əlaqə nömrəsini əlaqələndirici şəxsə (Pərvin Cəfərova, e-mail: pjafarova@ask.org.az, tel: +994 51 229 97 22) göndərmək mütləqdir.

Qeyd edək ki, seminarda iştirak etmək üçün məlumat linki yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır