- AQTİ-nin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza davamlı şəkildə zənginləşdirilir, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency Test) sınaqlarında iştirakı təmin edilir.
Bu fəaliyyət çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Ümumrusiya Heyvan Sağlamlığı üzrə Elmi Tədqiqat İnstitunun, FAO-nun dabaq xəstəliyi üzrə referens mərkəzi hesab olunan, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dabaq xəstəliyi üzrə Referens Laboratoriyasının təşkil etdiyi laboratoriyalararası test programında dabaq (A, O, Asiya-1 tipləri üzrə) xəstəliyinin ELISA müayinə metodu ilə təyinində uğurlu nəticə əldə edib.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək müxtəlif beynəlxalq qurumlar və xarici ölkələr tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.
Dabaq xəstəliyi virusuna qarşı anticisimlərin ELISA üsulu ilə təyini üçün müqayisəli testlərin nəticə cədvəli
QN kodları |
QN təyin olunan dəyəri | Nəticələrin interpritasiyası |
Nəticələrin uyğunluğu | |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası |
FQU VNİİZJ | |||
2022.16.07.01 | müsbət, O tipi* | müsbət, O | müsbət, O | uyğun |
2022.16.07.02 | mənfi | mənfi | mənfi | uyğun |
2022.16.07.03 | müsbət, Asia-1 tipi | müsbət, Asia-1 tipi | müsbət, Asia-1 tipi | uyğun |
2022.16.07.04 | müsbət, A, O, Asia-1 tipi | müsbət, A, O, Asia-1 tipi | müsbət, A, O, Asia-1 tipi | uyğun |
2022.16.07.05 | mənfi (DVXV) |
|
| uyğun |
2022.16.07.06 | müsbət, Asia-1 tipi | müsbət, Asia-1 tipi | müsbət, Asia-1 tipi | uyğun |
* “müsbət” – QN-də dabaq xəstəliyi virusuna qarşı A, O, Asia-1 tipli anticisimlər aşkarlanıb.
“mənfi” - QN-də dabaq xəstəliyi virusuna qarşı anticisimlər aşkar edilməyib.