- Qida sahəsində gigiyena tələblərinə dair təlimlərə cəlb olunanların sayı artıb
- Belarus nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarını qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırır
- Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri AQTİ-də olublar
- AQTİ işə qəbul elan edir
- İctimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmalıdır!
- Salyanda sahibkarlar üçün təlim keçirilib
- Qida sahəsində gigiyena tələblərinə dair təlim keçirilib
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimlər davam edir
- AQTİ-də növbəti səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulu sentyabrın 1-dək davam edəcək
- AQTİ-nin mütəxəssisləri Abşeronda sahibkarlıq subyektinin əməkdaşlarına təlim keçib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarını maarifləndirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, aparılan sınaq nəticələrinin etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. 2021-ci il aprelin 20-də Mərkəzi Baytarlıq Laboratoriyası İngiltərənin “Vetqas” şirkəti tərəfindən “Xırda buynuzlu heyvanların kataral isitməsi” (Bluetongue disease) üzrə təşkil etdiyi proqramda beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına cəlb olunub. Xarici laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası uğurlu nəticə əldə edib.
Qeyd edək ki, bu günədək sınaq laboratoriyası xarici laboratoriyaların qatıldığı müxtəlif xəstəliklər üzrə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İngiltərənin “Vetqas” şirkəti tərəfindən təşkil edilmiş beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb.