- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə fərdi təlim proqramları təklif edir.
Fərdi təlim proqramlarına “Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələri” (Good Agriculture Practices), “Qabaqcıl İstehsalat Təcrübələri” (Good Manufacturing Practices), “Qabaqcıl Anbarlama Təcrübələri” (Good Warehousing Practices), “Qabaqcıl Laboratoriya Təcrübələri” (Good Laboratory Practices), “Qabaqcıl Gigiyena Təcrübələri” (Good Hygienic Practices) və Şəxsi gigiyena (Personal Hygiene) kimi mövzular daxildir. Həmçinin AQTİ tərəfindən Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri Təlimi (HACCP) və ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartı ilə bağlı fərdi təlimlər də həyata keçirilir.
Təlim proqramları çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsullarının qəbulu, istehsalı, saxlanılması, daşınması, markalanması, laborator müayinələrdən keçirilməsi, həmçinin müəssisələrin və müəssisə işçilərinin sanitar-gigiyenik qaydalara uyğun fəaliyyətinin tənzimlənməsilə bağlı məlumat əldə edə bilərlər. Eyni zamanda proqram müəssisənin yerli və beynəlxalq standartlara uyğun fəaliyyətinin təmin edilməsilə bağlı təlimləri də əhatə edir.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri fərdi təlim proqramlarından yararlanmaq üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (012) 377 00 20 (daxili 553) nömrəli əlaqə vasitələrilə müraciət edə bilərlər.