- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzində sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlim keçirilib. Maraqlı və interaktiv mühitdə keçirilən təlimdə əməkdaşlara qida məhsullarının qəbulu, daşınması, saxlanması və emalı zamanı tələb olunan gigiyena qaydaları izah olunub. Təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” qanunun tələbləri haqqında ətraflı məlumatlar verilib. Həmçinin müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Təlimdən sonra iştirakçılar nümunəvi hesab olunan ictimai-iaşə müəssisəsi ilə tanış olublar. Orada tətbiq olunan gigiyena qaydalarını əyani olaraq müşahidə ediblər.
Onu da bildirək ki, qanunvericiliyə əsasən, qida subyektlərində qida ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb olunmaması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı uyğunsuzluq kimi qiymətləndirilir.
AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.