- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) kimyaçı ixtisası üzrə peşəkar kadrları Kompleks Tədqiqatlar Laboratoriyasının Şamaxı aqrokimya bölməsində işə dəvət edir.
Kimyaçı vəzifəsində çalışmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, kimya sahəsində müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər.
Müvafiq ixtisasa sahib, Şamaxı şəhərində işləməyə razı olan, yaxud yaşayış yeri həmin ərazilərə yaxın yerləşən, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
Namizədlərdən CV-lərini mövzu yerinə "Şamaxı-Kimyaçı" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.