- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Ölkəmizdə səfərdə olan Belarus Respublikasının nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktor müavini Dorofeyçik İqor Aleksandroviçin rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı nümayəndə heyəti ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdə, həmçinin iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Kompleks Tədqiqatlar və Mərkəzi Baytarlıq laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.