- “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçirilib
- “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçirilib
- AQTİ işə qəbul elan edir
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- Qubada sahibkar və fermerlər üçün təlim keçirilib
- Qubada sahibkar və fermerlər üçün təlim keçirilib
- AQTİ vakansiya elan edir
- 27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
- 27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
Sentyabrın 1-i Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi” mövzusunda mətbuat konfransı keçirilib.
Agentlik sədri Qoşqar Təhməzli “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Bu istiqamətdə böyük tədbirlər görüldüyünü diqqətə çatdırıb. Q. Təhməzli bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) nəznində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının, infrastrukturunun müasir tələblərə uyğun təchiz olunması bitki sağlamlığının təminatını, həmçinin ixrac potensialını genişləndirib.
Qeyd olunub ki, AQTA yarananadək respublika ərazisində karantin ekspertizası üzrə yalnız 1 laboratoriya fəaliyyət göstərirdisə, hazırda bu laboratoriyaların sayı 5-ə çatdırılıb. Eyni zamanda respublikada ilk dəfə molekulyar üsullar tətbiq edilməklə bitki virusu və xəstəliklərinin diaqnostikası təşkil edilib. Ölkə üzrə təsərrüfat sahələrində virus və bakteriya xəstəlikləri üzrə mütəmadi monitorinqlər aparılır.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.