- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” MMC-nin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara qida zəncirinin bütün mərhələlərində yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumat verilib. Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın önəmindən və təmizlik qaydalarından bəhs edilib. İnsanların sağlamlığını qorumaq üçün qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına əməl olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Təlim zamanı şəxsi gigiyena ilə əlaqədar aparılmış tədqiqatların nəticələrinə dair görüntülər nümayiş etdirilib.
Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.