- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşün əsas məqsədi qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub. AQTİ-nin fəaliyyət istiqaməti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, AQTİ-nin fəaliyyətinin əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinə dair elmi-tədqiqat işlərinin, risk qiymətləndirilməsinin aparılması, həmçinin mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanmasından ibarətdir. Eyni zamanda, İnstitut qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirir.
Tədbirdə fitosanitar nəzarət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivi haqqında müzakirələr də aparılıb. Rusiyalı nümayəndə heyəti AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prinsipi ilə də yaxından tanış olub. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan analiz, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarının standartları ilə uyğunluq təşkil edir.
Görüşdə bitki sağlamlığına dair birgə təcrübə mübadiləsinin genişləndirilməsinin Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın inkişafına daha da təkan verəcəyi diqqətə çatdırılıb.