- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə mütəmadi olaraq təlimlər keçirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Al Market” mağazalar şəbəkəsinin əməkdaşları üçün “Qida məhsullarının saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinə dair tələblər” mövzusunda təşkil edilib.
Təlim zamanı iştirakçılar qida zəncirinin mərhələləri, qida məhsullarının saxlanması və daşınması prosesləri, bu zaman icra edilməli olan təhlükəsizlik qaydaları və qanunvericiliyin tələbləri, eləcə də beynəlxalq təcrübə haqqında ətraflı məlumatlandırılıb. Təlimdə qida məhsullarının saxlanması və daşınması zamanı müşayətedici sənədlərin təmin olunması, xəbərdaredici nişanlar və bu proses çərçivəsində tətbiq edilməsi vacib olan digər məsələlər barədə də məlumat verilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.