- AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
- AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
- “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçirilib
- “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçirilib
- AQTİ işə qəbul elan edir
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ ictimai iaşə obyektlərinin reytinq (ulduz) sisteminin tətbiqinə başlayıb
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- AQTİ mütəxəssisləri tərəfindən Lənkəranda HACCP mövzusunda təlim keçirilib
- Qubada sahibkar və fermerlər üçün təlim keçirilib
- Qubada sahibkar və fermerlər üçün təlim keçirilib
- AQTİ vakansiya elan edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam etdirilir.
Bu çərçivədə növbəti görüş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilib. Tədbirdə AQTA-nın mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar olunub. Tələbələrin nəzərinə çatdırılıb ki, şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər. Ölkəmizdə isə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40% artım müşahidə olunub. Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak olunmamasını vacib hesab ediblər.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində UNEC-dən əvvəl Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində, həmçinin bir sıra ümumi və məktəbəqədər təhsil müəssisələrində görüşlər təşkil olunub. Təhsil müəssisələrində görüşlərin keçirilməsi ilə yanaşı, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub. Aprelin 26-da isə ADA Universitetində "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.
Onu da bildirək ki, bu kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir. Ötən müddətdə kampaniyaya bir sıra qurumlar və tanınmış şəxslər qoşulub. Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.