- AQTİ-nin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- Qida Təhlükəsizliyi Simpoziumu keçirilib
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu məqsədlə AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyi və peyvəndləmə mövzusunda maarifləndirici materiallar hazırlanıb.
Materialda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları əhalinin diqqətinə çatdırılır. Qeyd olunur ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunması və insanların təhlükəsizliyinə xidmət edir.
Qeyd edək ki, peyvəndləmə cari ilin yanvar ayında ölkəmizdə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə aparılacaq. Aldadıcı yemi paylayacaq marşrut müəyyənləşdirilərək müvafiq xəritə tərtib edilib. Marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketinin paylanması nəzərdə tutulub.