- Havalandırma, soyutma və istilik sistemlərinə texniki baxış və təmir xidmətlərinin satın alınması
- UPS və generatorlara texniki baxış və təmir xidmətlərinin satın alınmas
- Beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı xidmətlərinin satın alınması
- İnzibati binalarda cari təmir işlərinin satın alınması
- Pikap tipli avtomobillərin satın alınması
- Laborator avadanlıqların satın alınması
- Laboratoriyalar üçün reaktiv, dəst, standartlar, ləvazimatlar və s. satın alınması
- Laboratoriyalar üçün reagent, reaktiv, ləvazimatların, diaqnostik dəstlərin və s. satın alınması
- AQTİ-də və struktur bölmələrində olan şəbəkə, server, kompüter avadanlıqları və proqram təminatları üçün lisenziyaların satın alınması
- Xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması
- AQTİ baytar həkimlərinin yoxlamaları həyata keçirən zaman istifadə etdikləri mobil qurğuların internet paketi ilə təmin edilməsi və avtomobillərə GPS avadanlıqlarının quraşdırılması və aylıq xidmətlərinin satın alınması
- “afsi.gov.az veb saytının yenidən qurulması, modulların hazırlanması və bir illik texniki dəstək” xidmətinin satın alınması
Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və Mətbəx avadanlıqlarının satın alınması üzrə açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı – 300 (üç yüz) manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs
VÖEN - 1005379691
Kapital Bank ASC Mərkəz filialı
VÖEN - 9900003611
H/H - AZ71AIIB38090019440419396102
M/H - AZ37NABZ01350100000000001944
Kod - 200026
SWIFTBIK. AIIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin ümumi qiymətinin 1% -i məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiqi);
- son 3 ildə (2018-2020-ci illər) mətbəx avadanlıqlarının təchizatı sahəsində uğurla yerinə yetirlmiş və ya davam edən müqavilələrinin sayı 6 və daha çox (müqavilələr yüklənməlidir).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29 sentyabr 2020-ci il, 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatını 08 oktyabr 2020-ci il, 15:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 08 oktyabr 2020-ci il, 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD - Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.