AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Biz kimik?
24-12-2020 00:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 01 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.  Qida Təhlükəsizliyi İnstitutu elmi-praktiki araşdırmalar və tədqiqat işlərinin aparılması, qida təhlükəsizliyi sahəsində standartların və digər normativ texniki hüquqi aktların layihələrinin hazırlanması, beynəlxalq standartların tətbiq edilməsi üzrə təlimlərin təşkili, qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması, yerli və xarici sahibkarlarla qarşılıqlı əməkdaşlığın yaradılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin aparılması, qida təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatların verilməsi, beynəlxalq dərəcəli təlimçilərin cəlb olunması və ən yaxşı təcrübə proqramının tətbiq edilməsi, qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laborator müayinələrin, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsini həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır