AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Rəhbərlik
08-05-2020 14:15

Əli NəbiyevƏli Nəbiyev
(Sədr)

Əli Tahir oğlu Nəbiyev 26 aprel 1993-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Hüquqşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetində alıb.

2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019 – 2021-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib.

2021 – 2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

30 iyun 2021-ci ildən Mediasiya Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir.

21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərini bilir.

Ailəlidir.

Tamilla Əliyeva
(Sədr müavini)

Əliyeva Tamilla Aliyevna 1963-cü il martın 26-da Sumqayıt şəhərində anadan olub. 1980-cı ildə Xırdalan şəhər 2 saylı orta  məktəbi  bitirib. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsini bitirərək ali təhsilli bioloq, 2007-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq fakültəsini başa vuraraq baytar həkimi ixtisaslarına yiyələnib.

1988-2014-cü illər ərzində Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda böyük laborant vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. 2015-2018-ci illərdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsini icra edib. Hazırda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

2000-ci ildə dissertasiya mudafiə edərək biologiya elmləri namizədi, alimlik dərəcəsi alıb. 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib. 2012-2014 illərdə Amerika Birləşmiş Ştatlarının CDC təşkilatının Gurcüstandakı ofisinin Cənubi Qafqaz Regional Programı çərçivəsində Tətbiqi Epidemiologiya və Laboratoriya Menecmenti üzrə təlim kurslarını bitirərək beynəlxalq sertifikat əldə edib. 56 elmi əsərin müəllifidir. Bu əsərlər ölkəmizdə və xaricdə çıxan dövrü elmi məcmuələrdə nəşr оlunub. Respublikamızda və xaricdə кeçirilən çox sayda elmi-praкtiкi коnfrans, simpozium və seminarlarda fəal iştirak edib. 

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilmiş “Quş qripi və Azərbaycan Respublikasında heyvandarlıq sektorunun inkişaf Strategiyası”na dair layihələrin milli eksperti kimi fəaliyyət göstərib. Hazırda dabaq xəstəliyinə dair regional layihədə Azərbaycan Respublikası tərəfindən milli ekspert  kimi çalışır. Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya və Baytarlıq Preparatlarının Nəzərəti üzrə Milli Cavabdeh Şəxsdir.

2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 1 oğlu var.

Fərid Əliyev
(Sədr müavini)

Fərid İsgəndər oğlu Əliyev 1981-ci il sentyabrın 14-də Şirvan şəhərində anadan olub. 1997-ci ildə Şirvan şəhər 20 saylı orta məktəbi fərqlənmə attestatı, 2002-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) əczaçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə ATU-da əczaçılıq kimyası ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2007-ci ildə həmin universitetdə təhsilin aspirantura pilləsini müvəffəqiyyətlə yekunlaşdıraraq əczaçılıq elmləri namizədi, alimlik dərəcəsi alıb.

2004-2007-ci illərdə ATU-da aspirant kimi çalışıb. 2007-2015-ci illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssis-inspektoru, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib. 2015-ci ildə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru olub. 2016-2018-ci illərdə “Həyat Farm” MMC-nin tənzimləmə işləri üzrə meneceri vəzifəsində çalışıb. 2018-ci ildə  Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında Alqı-satqı və təchizat şöbəsinin rəisi təyin olunub. Gömrük xidməti mayoru rütbəsi alıb. 2021-2022-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi” departamentinin müdiri, 2022-ci ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci il iyun ayının 13-dən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

30-dan çox elmi məqalə, dərslik və patentin müəllifidir. Azərbaycanda keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında əczaçılıq işinin təşkilinə cavabdehlik daşıyıb. Çoxsaylı yerli və xarici elmi-praktiki коnfrans, simpozium və seminarların iştirakçısıdır. Amerika Birləşmiş Ştatlarının Farmakopeyasının eksperti kimi çalışıb. Hazırda Beynəlxalq Farmakopeyanın ekspertidir. 18 ildən artıq müddətdə müxtəlif ali təhsil müəssisələrində (Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir. 1 qızı, 4 oğlu var.

Elina Sulyayeva
(Sədr müavini)

Sulyayeva Elina Vəzirovna 1989-ci il yanvarın 29-da Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakıda 201 nömrəli tam orta məktəbi fərqlənmə attestatı, 2011-ci ildə Bakı Dövlət Universitetini (BDU) tətbiqi kimya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə BDU-da neft kimyası ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2013-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mütəxəssis-kimyaçı və böyük mütəxəssis-kimyaçı, 2017-2018-ci illərdə Azərbaycan Standartlaşdırma İnstitutunda aparıcı ekspert-kimyaçı vəzifələrində işləyib. 2018-2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) kimyaçı, bölmə rəhbəri, laboratoriya müdiri və departament müdiri vəzifələrini icra edib. 2023-ci il iyun ayının 16-dan AQTİ-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Rus, ingilis və türk dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır