İstixanalardan götürülən nümunələr AQTİ laboratoriyalarında ən müasir metodlarla müayinələrə cəlb edilir Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır
- Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları
- Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları
- İstixana şəraitində pepino mozaika virusunun yayılma yolları
- İstixana şəraitində pepino mozaika virusunun yayılma yolları
- Fındıq bağlarında rast gəlinən fındıq yastıcası zərərvericisi ilə mübarizə üsulları
- Fındıq bağlarında rast gəlinən fındıq yastıcası zərərvericisi ilə mübarizə üsulları
- 12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
- 12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
- AQTİ mütəxəssisləri Afrika yemiş milçəyinin ekspress risk təhlilini aparıb
- AQTİ mütəxəssisləri Afrika yemiş milçəyinin ekspress risk təhlilini aparıb
- Sitrus bitkilərinin karantin xəstəlikləri və qabaqlayıcı tədbirlər
- Sitrus bitkilərinin karantin xəstəlikləri və qabaqlayıcı tədbirlər
08-01-2021 14:36
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir.
Hazırda Agentlik əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin iştirakı ilə istixanalarda monitorinqlər həyata keçirilir.
İstixanalarda yetişdirilən məhsullar AQTİ laboratoriyalarında bitki zərərvericiləri və pestisid qalıqlarının miqdarı üzrə müayinələrə cəlb edilir. 3 yanvar 2021-ci il tarixindən İnstitutun Milli Referens Laboratoriyasında monitorinq üzrə 50 istehsal müəssisəsindən daxil olmuş 250 pomidor nümunəsində pestisid qalıqlarının analizi aparılıb. Sınaqlar beynəlxalq metodlar üzrə yüksək həssaslığa malik cihazlarda həyata keçirilir. Nümunələrdə pestisid qalıqlarının yol verilən həddi Avropa və Rusiya Federasiyası tələblərinə əsasən müəyyənləşdirilir.
Hazırda monitorinqlər mütəmadi olaraq davam etdirilir və istixanalardan götürülən yeni nümunələrin müayinəsi həyata keçirilir.
Laboratoriyalar