- Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
- Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
- Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb
- Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb
- AQTİ-nin şöbə müdiri Bitki Sağlamlığı Formunda çıxış edib
- AQTİ-nin şöbə müdiri Bitki Sağlamlığı Formunda çıxış edib
- Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir
- Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir
- AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb
- AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb
- Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları
- Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
Videoçarxda pestisidlər, pestisid qalıqları, bu qalıqların yayılma yolları, zərərləri və bu kimi halların qarşısının alınması barədə ətraflı məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq və zərərvericiləri nəzarətdə saxlamaq üçün pestisidlərin istifadəsi zamanı müvafiq norma və qaydalara əməl olunmadıqda, məhsullarda normadan artıq pestisid qalıqları ortaya çıxır. Bu qalıqlar orqanizmə daxil olduqda, kəskin toksiki təsir yaradaraq insanlarda kimyəvi zəhərlənməyə də səbəb ola bilir. Pestisid qalıqlarının insanların həyat və sağlamlığına ziyan vurmayan səviyyədə saxlanılması üçün isə pestisidlərin tətbiqetmə dozasına və vaxtına, məhsulun növünə uyğun pestisid seçilməsinə, məhsul yığımının vaxtına, məhsulun emal və saxlanma qaydalarına əməl edilməlidir.
Sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə qeyd olunan məsələlər barədə ətraflı məlumat əldə edə biləcəklər.
AQTA tərəfindən hazırlanan pestisid qalıqlarına dair yeni videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: