AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Qarayara xəstəliyinin elmi risk qiymətləndirilməsi həyata keçirilib
06-01-2021 18:06

Qarayara (Anthrax)  xəstəliyinə qarşı mübarizə tədbirlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən xəstəliyin elmi risk qiymətləndirilməsi həyata keçirilib.

AQTİ mütəxəssisləri tərəfindən hazırlanan risk qiymətləndirilməsi sənədində qeyd olunur ki, qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının və vəhşi heyvanların iti gedişli zoonoz xəstəliyidir və insanlar üçün böyük təhlükə törədir. Sənəd layihəsində qarayara xəstəliyi üzrə təhlükələrin müəyyən edilməsi məqsədilə qarayara törədicisinin xüsusiyyətləri, heyvanlarda və insanlarda xəstəliyin xüsusiyyətləri, xəstəliyə məruzqalma və yayılması, həmçinin xəstəlik üzrə risklərin xarakterizə edilməsi əsasında xəstəliyə qarşı mübarizə tədbirləri öz əksini tapıb.

Qarayara xəstəliyinin elmi risk qiymətləndirilməsi ilə bağlı ətraflı məlumatı aşağıdakı sənəddən (fayldan) əldə edə bilərsiniz.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır