- Səhra laboratoriyası
- Nümunələrlə iş şöbəsi
- Bakı Regional Sınaq Laboratoriyası
- Səyyar laboratoriyalar
- Mərkəzi Fitosanitar Laboratoriyası
- Kompleks Tədqiqatlar Laboratoriyası
- Abşeron Regional Sınaq Laboratoriyası
- Mərkəzi Fitosanitar Laboratoriyasının Meyvəli-karantin ekspertiza bölməsi
- Mərkəzi Baytarlıq Laboratoriyası
- Milli Referens Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyasının fəaliyyəti ölkədə istehsal edilən, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaqdan və nəticələri təsdiq edən sənədlərin verilməsini müəyyən olunmuş qaydada həyata keçirməkdən ibarətdir. Laboratoriya fəaliyyətində akkreditasiya sahəsinə uyğun beynəlxalq və yerli metodlardan istifadə etməklə, təqdim olunan məhsulu fiziki-kimyəvi, mikrobioloji və toksikoloji sınaqlar aparmaqla sınaq protokolları ilə rəsmiləşdirir.
Abşeron Regional Sınaq Laboratoriyası müxtəlif aparıcı ölkələrin laboratoriyalarının da qatıldığı Böyük Britaniyanın “Fapas”,” LGC standard”, Fransanın “Bipea” təşkilatları tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya 2020-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. 2021-ci ildə Latviya Milli Akkreditasiya bürosu tərəfindən laboratoriya ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun beynəlxalq akkreditasiyadan keçib.