- Səhra laboratoriyası
- Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi
- Bakı Regional Sınaq Laboratoriyası
- Səyyar laboratoriyalar
- Mərkəzi Fitosanitar Laboratoriyası
- Kompleks Tədqiqatlar Laboratoriyası
- Abşeron Regional Sınaq Laboratoriyası
- Mərkəzi Fitosanitar Laboratoriyasının Meyvəli-karantin ekspertiza bölməsi
- Mərkəzi Baytarlıq Laboratoriyası
- Milli Referens Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, eləcə də idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb.
Laboratoriyada qida və kənd təsərrüfatı məhsullarının, yemlərin və içməli suların Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, ISO, AOAC, ASTM, NMKL və QOST beynəlxalq standartlarında qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki-kimyəvi sınaqları aparılır.
Laboratoriya AZS ISO 17025:2020 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun akkreditasiyadan keçib.
Bakı Regional Sınaq Laboratoriyasında qida məhsullarında toksiki metalların, kofein, konservatların (kalium sorbat, sorbin turşusu, natrium benzoat, benzoy turşusu), karbohidratların (saxaroza, fruktoza, qlükoza) miqdarının təyini sınaqları yüksək həssaslığa malik ICP-MS (induktiv əlaqəli plazmalı optik və kütlə spektrometri), HPLC (yüksək effektli maye xromatoqrafı), bitki və heyvan mənşəli yağlarda yağ turşu tərkibinin və bitki mənşəli sterolların təyini üzrə sınaqlar isə qaz xromatoqrafı cihazları vasitəsilə həyata keçirilir.