- Nümunələrlə iş şöbəsi
- Bakı Regional Sınaq Laboratoriyası
- Mərkəzi Fitosanitar Laboratoriyası
- Kompleks Tədqiqatlar Laboratoriyası
- Abşeron Regional Sınaq Laboratoriyası
- Mərkəzi Fitosanitar Laboratoriyasının Meyvəli-karantin ekspertiza bölməsi
- Mərkəzi Baytarlıq Laboratoriyası
- Milli Referens Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyanın Meyvəli-karantin ekspertiza bölməsində idxal, ixrac, daxili daşınma və monitorinq təyinatlı bitki və bitkiçilik məhsullarında fitosanitar müayinələr həyata keçirilir. Belə ki, bölməyə daxil olan nümunələrdə beynəlxalq standartlara uyğun sınaq metodları ilə entomoloji, herboloji, fitohelmintoloji istiqamətli sınaqlar aparılır. Sınaqlar çərçivəsində bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən və edilməyən, eləcə də fitosanitar risk daşıyan zərərvericilərin, alaq otları və toxumlarının, fitopatogen nematodların aşkarlanması və morfoloji əlamətlərinə əsasən növ təyini həyata keçirilir.
Meyvəli-karantin ekspertiza bölməsi AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiyadan keçib.