AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Mərkəzi Baytarlıq Laboratoriyası
09-01-2020 10:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratroiyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.

Həmçinin yüksək patogenliyə malik xəstəliklərin aşkar edilməsi məqsədi ilə laboratoriyaya daxil olan nümunələr üzrə Amerika Birləşmiş Ştatları, Yaponiya və Almaniyada istehsal olunan cihazlarda qısa zaman müddətində müayinələr aparılır. Bu zaman Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatına uyğun olaraq, etibarlılığına və dəqiqliyinə zəmanət verilən testlərdən istifadə edilir.

Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik test proqramlarına qatılaraq yüksək nəticələr əldə edib.

Mərkəzi Baytarlıq Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. Həmçinin laboratoriya attestata əlavə edilən akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərmək hüququna malikdir.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq heyvan xəstəliklərinin 39 parametri üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Bununla da, laboratoriya quş, at, iri və xırdabuynuzlu heyvan xəstəlikləri üzrə analizlərin molekulyar genetik (PZR), immunoferment (ELISA) və klassik müayinə metodları ilə aparılması üzrə səlahiyyətlərə malik olacaq. Həmçinin bu akkreditasiya sertifikatı Mərkəzi Baytarlıq Laboratoriyasının sınaq nəticələrinin etibarlılığının beynəlxalq səviyyədə tanınmasını təmin edərək idxal-ixrac məsələlərində müsbət rol oynayacaq.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır