AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Səyyar laboratoriyalar
30-01-2020 14:16

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vasitəsilə kənd təsərrüfatı yarmarkalarında və dövlət tədbirlərində istifadə olunan su və qida məhsullarının keyfiyyət və təhlükəsizlik müayinələrinin aparılması mümkündür. Səyyar Qida Laboratoriyası beynəlxalq standartlara uyğun bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub.

Səyyar laboratoriyalarda fiziki-kimyəvi analizlərdən suda ümumi codluğun, maqnezium, flüor, kalsium, xlor, alüminium, silisium, ammonium, sianid ionunun, sərbəst xlorun, ianid turşusu və formaldehidin təyini, eləcə də sulfat, sulfit, nitrat, nitritlərin, mis, xrom, kadmium, qurğuşun, dəmir, manqan, sink və arsenin aşkarlanması sınaqlarını aparmaq olar. Həmçinin laboratoriyalarda suda və qidada pH-ın təyini, eləcə də balda diastaza ədədi, meyvə-tərəvəzlərdə nitratların və ətin təzəliyinin təyini sınaqlarını həyata keçirmək mümkündür.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır