- AQTİ növbəti səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir
- AQTİ növbəti səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir
- Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticələr əldə edib
- Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası daha bir beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası daha bir beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- AQTİ su nümunəsində parametrlərin müayinəsi üzrə laboratoriyalararası səriştəlilik sınağına start verib
- AQTİ su nümunəsində parametrlərin müayinəsi üzrə laboratoriyalararası səriştəlilik sınağına start verib
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb
- Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
- Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
Bakıda təşkil edilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminarın iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
AQTİ-də keçirilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə olunmuş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların aparıldığı otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 18-20 oktyabr tarixlərini əhatə edən ÜHST-nin Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə ÜHST-nın birgə təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə təşkil olunub. Tədbir Kommunikasiya üzrə Milli Əlaqələndiricilər üçün infodemiyanının idarə olunması və fövqəladə hallar zamanı onların təsirinin azaldılması üçün milli imkanların yaradılması, heyvan sağlamlığı və əlaqəli sahələrdə infodemiyanın qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsi üçün istifadə edilən strategiyalar, təcrübələr, metodlar və alətlər haqqında ümumi məlumatların ötürülməsi və infodemiya ilə mübarizə üzrə ölkələrin təcrübələrinin bölüşülməsi məqsədilə keçirilib.