İnsan və heyvan sağlamlığı üçün ciddi fəsadlar yarada bilən xüsusi təhlükəli xəstəliklərin müayinəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2+ səviyyəli biotəhlükəsizlik laboratoriyalarında həyata keçirilir. Bu laboratoriya Cənubi Qafqazda ilk dəfə ölkəmizdə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında olub. Laboratoriya ərazidə operativ şəkildə nümunələr götürələrək qısa müddətdə heyvan və quş xəstəliklərinin aşkarlanmasına imkan verir. 20-30 dəqiqə ərzində qurula bilən laboratoriyanın içərisi təmiz və çirkli zona olmaqla, iki hissədən ibarətdir. Laboratoriya hermetikdir və patogenlərin ətraf mühitə yayılmasının qarşısının alınmasını təmin edir.
Laboratoriyanın xaricində təhlükəsizlik duş kabini yerləşdirilib. Müayinəni həyata keçirən personal təhlükəsizlik kabininə daxil olaraq üstündəki fərdi mühafizə vasitəsi ilə birlikdə xüsusi dezinfeksiyaedici məhllularla dezinfeksiya edilir. Bu proses yüksək patogenliyə malik orqanizmlərin ətraf mühitə yayılma riskini minimuma endirir.