- Gəncə Regional Sınaq Laboratoriyası
- Şamaxı Regional Sınaq Laboratoriyası
- Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə Regional bölməsi
- Tovuz Regional Sınaq Laboratoriyası
- Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional bölməsi
- Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi
- Xaçmaz Regional Sınaq Laboratoriyası
- Lənkəran Regional Sınaq Laboratoriyası
- Mərkəzi Baytarlıq Laboratoriyasının Quba Regional bölməsi
- Göygöl Regional Sınaq Laboratoriyası
Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir. Müasir tələblərə cavab verən maddi-texniki bazaya və yüksək ixtisaslı işçi heyətə malik GRSL-də ölkədə istehsal edilən, eləcə də idxal və ixrac olunan qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinələri həyata keçirilir. Müayinələr respublikamızda qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda qeyd edilən keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun aparılır. Müayinələr ISO, NMKL, AOAC beynəlxalq metodlardan istifadə olunmaqla həyata keçirilir. Eyni zamanda keyfiyyətə nəzarət məqsədilə standart referens materiallardan istifadə olunaraq müayinə nəticələrinin doğruluğu və dəqiqliyi yoxlanılır.
Qeyd edək ki, bu vaxtadək respublikamızın qərb bölgəsində bitki və heyvan sağlamlığı istiqamətləri üzrə yaradılmış Göygöl və Tovuz Regional Sınaq laboratoriyları fəaliyyət göstərirdi. GRSL-in yaradılması ilə bu regionda həm də ölkədən ixrac olunan və respublikaya gətirilən qida məhsullarının nümunələrinin analizlərinin aparılması və nəticələrin təqdim edilməsi prosesi təşkil olunub.