- Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə riayət edilməlidir?
- Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə riayət edilməlidir?
- Çiyələk haqqında nələri bilirik?
- Çiyələk haqqında nələri bilirik?
- Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
- Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
- Dönər hazırlayarkən nəyə riayət edilməlidir?
- Dönər hazırlayarkən nəyə riayət edilməlidir?
- AQTA dönər alarkən diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlayıb
- AQTA dönər alarkən diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlayıb
- Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?
- Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir.
Kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır.
Belə ki, araşdırmalara əsasən, qeyri-infeksion xəstəliklər yer kürəsində hər il 41 milyon insanın ölümünə səbəb olur. Bu isə ümumi ölüm sayının 74%-ni təşkil edir. Müvafiq göstəricinin 17,9 milyonu ürək-damar xəstəliklərinin, 2 milyonu isə diabet xəstəliyinin payına düşür. Bu xəstəliklərin əmələ gəlməsində isə şəkərin normadan artıq istehlak olunması böyük təsirə malikdir. Əlavə olaraq, şəkərin normadan artıq istehlak edilməsi piylənmənin və diş çürüməsinin yaranmasında əsas risk faktoru hesab olunur.
Ölkəmizdə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40% artım müşahidə olunub.
Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak olunmamasını vacib hesab edirlər. Bununla əlaqədar olaraq, AQTA tərəfindən geniş təbliğat-təşviqat işləri aparılır, maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.
“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində hazırlanan növbəti videoçarxı təqdim edirik: