AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Şəkər istehlakını azaltmaq sağlamlıq üçün vacibdir!
30-12-2023 15:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər kəsə şəkəri normaya uyğun qaydada istehlak etmək tövsiyə olunur.

Belə ki, statistikaya görə,  ölkəmizdə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokalad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40% artım müşahidə olunub.

Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını vacib hesab edirlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır