- Botulizm nədir və botulizmə yoluxmamaq üçün nələrə diqqət etməliyik?
- Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət edilməlidir?
- Tərkibində allergenlər olan qidalar və onların orqanizmə təsiri
- Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir
- Pomidor minalayıcı güvəsinə qarşı mübarizə tədbirləri necə aparılmalıdır?
- Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri
- Qarğıdalı bitkisinin əsas xəstəlikləri
- Məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı nələrə diqqət yetirilməlidir?
- Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət olunmalıdır?
- Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı mübarizə necə aparılmalıdır?
- Pomidor meyvələrinin qonur qırışıqlıq virusu və mübarizə yolları
- Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir və müxtəlif yollarla ətrafa yayılır. Belə ki, virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı ilə yayılır. Süd vəziləri yoluxduqda, virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla - həşəratlarla da yayıla bilir. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir. Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpkilərin yaranması, papulyozlu - pustulyozlu zədələrlə özünü büruzə verir.
Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Peyvəndlənmə dövlət tərəfindən pulsuz həyata keçirilir.
Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Həmçinin təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Eləcə də təsərrüfatlara yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır. Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar olunduqda, qoyun və keçilər təcrid edilməli və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir.
İnsanlar bu infeksiyaya yoluxmasalar da, onlar xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür.