- Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri təkmilləşdirilir
- Mərkəzi Fitosanitar Laboratoriyası milli akkreditasiyadan keçib
- Şərq meyvəyeyəninin Azərbaycan ərazisi üçün daşıdığı risk təhlili aparılıb
- Bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri beynəlxalq ekspertlə müzakirə olunub
- Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən laboratoriyaların imkanları genişləndirilir
- Mərkəzi Fitosanitar Laboratoriyasında 563 nümunənin ekspertizası aparılıb
- AQTİ-də beynəlxalq ekspertlə görüş keçirilib
- İstixanalarda monitorinqlər davam etdirilir
- AQTİ-nin Göygöl Regional Sınaq Laboratoriyası bruselyoz xəstəliyinin müayinəsi üzrə yüksək nəticə göstərib
- AQTİ qida təhlükəsizliyi sahəsində yeni layihələrin qəbuluna başlayır
- İstixanalardan götürülən nümunələr AQTİ laboratoriyalarında ən müasir metodlarla müayinələrə cəlb edilir
- AQTİ tərəfindən şəkərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair sanitariya norma və qaydaları hazırlanıb
Fitosanitar məsələlər üzrə beynəlxalq ekspert Gintaras Lapinskas Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində növbəti dəfə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) rəhbər və mütəxəssis heyəti ilə görüşüb.
Görüşdə bitki sağlamlığı sahəsində ölkəmiz üçün aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Zərərli orqanizmlərin risk təhlilinin aparılması, azad zonanın yaradılması ilə bağlı müzakirələr aparılıb. Gintaras Lapinskas Qızılı kartof nematodunun aşkarlanması zamanı görülməli tədbirlər, meyvə və tərəvəzlərdə, o cümlədən pomidorda aşkarlanan zərərvericilər, onlara qarşı aparılan mübarizə tədbirləri və meyvə-tərəvəzlərdə pestisid qalıqlarının insan orqanizminə fəsadları haqqında fikirlərini bölüşüb.
Görüşdə bitki sağlamlığı sahəsində aktual mövzular və mövcud problemlər barədə AQTİ mütəxəssisləri beynəlxalq ekspert ilə geniş fikir mübadiləsi aparıb.