- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) maarifləndirici tədbir keçirilib. Tədbirdə FHN-in əməkdaşları ilə yanaşı, AQTİ-nin müxtəlif departamentlərinin mütəxəssisləri də iştirak ediblər. Tədbir iştirakçıları çıxışlarında bu günün əhəmiyyətindən və mülki müdafiənin məqsədindən bəhs edərək bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan da 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Nəzərə çatdırılıb ki, Ümumdünya Mülki Müdafiə Gününün hər il qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Tədbirdə FHN-in mülki müdafiə sahəsindəki fəaliyyətindən, eləcə də fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edən videoçarxlar da nümayiş etdirilib.