- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “1003 - Çağrı Mərkəzi”nin əməkdaşlarına ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçiləri tərəfindən “Effektiv ünsiyyət bacarıqları”, “Stres vəziyyətinin idarə olunması”, “Münaqişəli halların idarə edilməsi” mövzularında təlimlər keçirilib.
Təlimin keçirilməsində məqsəd iştirakçılara çağrı mərkəzində çalışmağın avantajlarının, aktiv dinləmə və izahetmə, həmçinin ünsiyyət etikası və inandırma bacarıqlarının, səsdən effektiv istifadə üsullarının, müştəriyönümlü xidmət açarının, gündəlik stresdən qorunma üsullarının və çətin vəziyyətlərdə çıxış yollarının, bu sahədə əməli vərdişlərin aşılanmasıdır.
2 gün davam edən təlimdə 3 modul üzrə istiqamətləndirilən iştirakçılarla müxtəlif diskussiyalar və aidiyyəti mövzularda praktiki məşğələlər aparılıb. Məşğələlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. İştirakçılara manipulyasiya, telemarketinq, parazit sözlər, aqressiv müştərilərə cavab verilmə qaydaları və digər məlumatlar çatdırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.