- AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
- "Rosselxoznadzor" rəhbərinin müavini AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub
- AQTİ işə qəbul üçün vakansiya elan edir
- Rusiya nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib
- Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub
- AQTİ-nin Lənkəran Regional Sınaq Laboratoriyası akkreditasiyadan keçib
- Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb
- AQTİ-də ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə qida bələdçiləri tərəfindən ümumtəhsil müəssisələrində görüşlər keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
BMT-nin Baş Assambleyasının 2017-ci ildə verdiyi qərara əsasən, 20 may tarixi Ümumdünya Arı Günü kimi qeyd edilir.
Məqsəd ekosistemdə arıların və digər tozlandırıcıların planetin və insanların sağlamlığı üçün daşıdıqları böyük əhəmiyyətə, eyni zamanda arıçılıq təsərrüfatlarının bu gün qarşılaşdıqları çoxsaylı problemlərə diqqət çəkməklə, bu barədə məlumatlılığı artırmaqdır. Arılar digər tozlandırıcılarla birlikdə biomüxtəlifliyin qorunmasında, bir çox bitkilərin yaşaması və çoxalmasının təmin edilməsində, meşələrin bərpasının dəstəklənməsi, davamlılığın və iqlim dəyişikliyinə uyğunlaşmanın təşviqi, kənd təsərrüfatı məhsullarının kəmiyyət və keyfiyyətinin yaxşılaşdırılmasında böyük rol oynayır. Eyni zamanda milyonlarla arıçının dolanışığı və rifahına töhfə verən arıçılıq geniş yayılmış və qlobal fəaliyyətdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu il Ümumdünya Arı Gününü “Arıçılıq: arıların və arıçılıq sistemlərinin müxtəlifliyinin təntənəsi” adı ilə qeyd edir.
Ölkəmizdə son illərdə arıçılığın inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş və bu sahədə müsbət nəticələr əldə olunmuşdur. Müvafiq sahə ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi özünün funksional vəzifə səlahiyyətlərinə uyğun arıçılıq təsərrüfatlarında sağlamlaşdırıcı tədbirləri davam etdirir. Onu da qeyd edək ki, hazırda ölkəmizdə arıçılıq məhsullarının ekspertizası, laborator müayinələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ən müasir metodlara uyğun şəkildə aparılır. AQTİ tabeliyində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə orqanoleptik, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxarozanın ayrı-ayrılıqda kütlə payı, qlükoza və fruktoza cəmi, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda təhlükəsizlik göstəricilərindən ağır metallar, radionuklidlər, pestisid qalıqları, antibiotik qalıqları və digər sınaqlar həyata keçirilir.
Qeyd edək ki, bu gün - müasir arıçılığın pioneri sayılan sloveaniyalı Anton Yanşanın doğum tarixinin şərəfinə seçilib.