- AQTİ-yə keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
- AQTİ mütəxəssisləri tərəfindən sahibkarlar üçün növbəti təlim keçiriləcək
- Qırğızıstanın nümayəndə heyəti AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ ilə Türkiyənin İzmir Katib Çələbi Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
- AQTİ mütəxəssisləri tərəfindən kök yumrusu birəböcəyinin risk təhlili həyata keçirilib
- AQTİ əməkdaşları ÜHST-nin Tvinninq layihəsi çərçivəsində İtaliyada olub
- AQTİ laboratoriyaları növbəti uğurlu nəticə əldə edib
- AQTİ-də SPS Məlumat Mərkəzinin funksiyalarının operativləşdirilməsi ilə bağlı seminar keçirilib
- AQTİ Qax Regional Bölməsində işə qəbul üçün vakansiya elan edir
- AQTİ ilə İzmir Katib Çələbi Universitetinin əməkdaşları arasında görüş keçirilib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası dabaq xəstəliyinin təyini üzrə uğurlu nəticə əldə edib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası xırdabuynuzlu heyvanların taunu xəstəliyi üzrə simulyasiya təlimində xəstəliyin diaqnostikasını həyata keçirib
2021-ci ilin 9 ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 428 232 nümunə müayinə edilib. Bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. Bildirib ki, aparılmış müayinələr zamanı nümunələrin 6 624 və ya 0.46%-də uyğunsuzluq aşkarlanıb: “Ötən ilin eyni dövründə isə 1 250 450 nümunə müayinə edilib, nümunələrin 33 996 və ya 2.7%-də uyğunsuzluq aşkarlanıb”.
Q. Təhməzli qeyd edib ki, AQTİ tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib və hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir. Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri həyata keçirilib və ilkin nəticələr əldə olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofilterlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filterlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.