- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
- "Ulduz reytinq" layihəsi ictimai iaşə müəssisələrinə üstünlük qazandırır
- ”Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” mövzusunda məruzə dinlənilib
- AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Albaniyanın Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru İrfan Tarelli ilə görüş keçirilib.
Görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva Azərbaycan Respublikasında mövcud qida təhlükəsizliyi sistemi, Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarının maddi-texniki bazası, Elmi Araşdırmalar Mərkəzi tərəfindən aparılan elmi-tədqiqat işləri, kadr potensialı, sahibkarlıq subyektlərinə təklif olunan xidmətlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki bu laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğur və nailiyyətlər əldə edib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub.
Albaniyanın Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru İrfan Tarelli ki qurum arasında əməkdaşlığa maraqlarını ifadə edib, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdən sonra İrfan Tarelli tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçirib. Qonağa həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkilib. Müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyi vurğulanıb.