- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
- AQTİ aprel ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ aprel ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər keçirilir
17 noyabr 2021-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təlim saatı” adlı yeni onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
İlk buraxılışda "Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida təhlükəsizliyi tələbləri və beynəlxaq standartlara uyğun proqramların tətbiqi" mövzusunda təlim keçiriləcək. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Sahibkarlara xidmət departamentinin əməkdaşı Seymur Qafarova ünvanlaya bilərsiniz.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.