- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə risklərin dəyərləndirilməsi üzrə təcrübə mübadiləsində iştirak ediblər. Təcrübə mübadiləsi “Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında Qida Təhlükəsizliyi mövzusunda əməkdaşlığa dair ortaq fəaliyyət planı” çərçivəsində reallaşdırılıb.
Səfər zamanı mütəxəssislər Kənd Təsərrüfatı və Meşə Nazirliyinin (KTMN) Risk Dəyərləndirmə Dairə Başqanlığında risklərin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinə dair təşkil edilmiş bir sıra görüşlərdə iştirak ediblər. Nümayəndə heyəti KTMN-də fəaliyyət göstərən “Qida kimi istifadə edilə bilən bitkilər Komissiyası Katibliyi”, “Qida tərkib hissələri və yeni qidalar Komissiyası Katibliyi”, “Qida ilə təmasda olan maddələr və materiallar Komissiyası Katibliyi”, “Qida maddələri Komissiyası Katibliyi”, “Çirkləndiricilər Komissiyası Katibliyi”, “Bitki sağlamlığı Komissiyası Katibliyi” və “Bioloji təhlükələr Komissiyası Katibliyi”, eləcə də EFSA (Avropa Qida Təhlükəsizliyi Təşkilatı) təmas nöqtəsi ilə görüş və müzakirələrə qatılıb.
Bundan əlavə, mütəxəssislər KTMN-nin Milli Qida Referens Laboratoriyasına da səfər edərək, laboratoriyaların iş şəraiti, avadanlıqlar, analiz proseslərinin həyata keçirilmə metodları ilə yaxından tanış olublar.